Ana səhifə / Köşə Yazarları / “Cavid Hüseynovun Azərbaycan qarşısında hansısa əlahiddə xidmətlərinin olduğunu hesab etmirəm”

“Cavid Hüseynovun Azərbaycan qarşısında hansısa əlahiddə xidmətlərinin olduğunu hesab etmirəm”

Bu günlərdə bir qrup sayt rəhbərləri jurnalist Rasim Əliyevin qətlə yetirilməsində şübhəli bilinərək həbs olunan “Qəbələ” futbol klubunun kapitanı Cavid Hüseynovun zaminliyə buraxılması ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralova müraciət edib. Amma sonradan məlum olub ki, müraciətdə adı keçənlərdən üç baş redaktor buna imza atmayıb. Onlara yanlış məlumat verilib. Eyni zamanda müraciət heç də bir mənalı qarşılanmayıb.

“Millət” qəzetinin baş redaktoru Əli Orucova “sizə əgər müraciəti imzalamağı təklif etsəydilər, imzalayardınızmı” sualına belə cavab verib:

“Mən bəzi media rəhbərlərinin belə bir müraciət etməsini təəccüblə qarşıladım. Mən kimlərəsə xüsusu lqotların və güzəştlərin edilməsinin qəti əleyhinəyəm. Bir tərəfdən hüquqi və qanunların aliliyi olan bir dövlət istəyirik, digər tərəfdən isə hansısa məziyyətlərə, səbəblərə istinad edib güzəşt, imtiyaz xahiş edirik. Əvvəla qeyd etmək istəyirəm ki, müraciətdə göstərilənlərin əksinə olaraq C.Hüseynovun Azərbaycan qarşısında hansısa əlahiddə xidmətlərinin olduğunu hesab etmirəm. Bayraq qaldırmaq və hansısa idman klubunun şərəfini qorumaq müstəsna xidmət deyil. İkincisi də bu heç də o demək deyil, başqalasının hayatı ilə oynayasan? Azərbaycan qanunvericiliyində belə hal yoxdur. Mən də C.Hüseynovun perpektivli bir idmançı və bir Azərbaycan gənci kimi həbsə düşməsindən, bu cinayətdə bu və ya digər dərəcədə adı keçməsindən üzgünəm. Amma juranilistin döyülərək qətlə yetirilməsi də çox üzücüdür. Hər kəs əməlinə görə cəzasını almalıdır. Ondansa həbsdə yatan günahsız jurnalistlərin, hər addımbaşı haqları tapdanan vətəndaşlarımızın hüquqları uğrunda daha həsas olmağımız adil və düzgün olardı”.

Vidadi Ordahallı,

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın