Ana səhifə / Köşə Yazarları / Bu gün Elmar Hüseynovun doğulduğu gündür…

Bu gün Elmar Hüseynovun doğulduğu gündür…

Bu gün “Monitor” jurnalının baş redaktoru, qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun doğum günüdür.

Elmar Hüseynov 1967-ci ilin 17 iyulunda Bakıda doğulub. Onun jurnalist fəaliyyəti 1995-ci ildən başlayıb. O, “Zerkalo” qəzetində əməkdaşlıq etməklə mediaya ilk gəlişini edir.

1995-ci ildə Elmar Hüseynov “Trend” informasiya agentliyini və gündəlik “Alver” qəzetini yaradır. Daha sonra “Geoiqtisadi araşdırmalar mərkəzinin” yaradılmasında iştirak edir.

O, 1996-cı ildən isə tənqidi “Monitor” jurnalını çıxarmağa başlayır.

Elmar Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib.

Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət edib.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın