Bazar , Noyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / Böyük ədalət nümayiş etdirildi – Vüqar Rəhimzadə

Böyük ədalət nümayiş etdirildi – Vüqar Rəhimzadə

Siyasi əqidəsindən, siyasi məsuliyyətindən, düşüncəsindən, fikrindən asılı olmayaraq bütün jurnalistlərə bərabər yanaşma oldu.

Bu sözləri Axar.az-a “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib. Mətbuat günü ilə əlaqədar həmkarlarını təbrik edən V.Rəhimzadə Prezident İlham Əliyev tərəfindən evlə təmin edilən jurnlistləri bu mükafata layiq olduqlarını bildirib:

“Perzidentin qiymətləndirdiyi, evlə təmin olunan bütün jurnalistləri təbrik edirəm. Həmçinin bütün Azərbaycan xalqını da təbrik edirəm. Çünki bir xalqı mediasız, medianı isə xalqsız təsəvvür etmək mümkün deyil. Mətbuat günü hər il gözəl tədbirlərlə qeyd edilir və yadda qalır. Bu il 142 illiyini qeyd etdiyimiz Azərbaycan mətbuatı üçün ən parlaq və gözəl illərdən oldu. Bu il də 255 media işçisi, onların ailələri mənzillə təmin edildi”.

V.Rəhimzadə qeyd edib ki, jurnalistlərin evlə təmin edilməsi onlara və işlərinə ölkə səviyyəsində qayğı göstərilməsinin sübutudur:

“Bu əslində təkcə evlə təmin edilən 255 jurnalistə göstərilən qayğı yox, onların bütün həmkarlarına və bütövlükdə Azərbaycan xalqına verilən dəyərdir. Şəxsən mən özüm buna görə cənab prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Böyük fəxarət hissi ilə demək istəyirəm ki, bu təkcə Azərbaycan mətbuatı tarixində deyil, ümumilikdə dünya mətbuatı tarixində ilk belə hadisədir, prezident jurnalisti evlə təmin edir. Həm də heç bir təmənna olmadan. Və bu bölgüdə böyük ədalət nümayiş etdirildi. Siyasi əqidəsindən, siyasi məsuliyyətindən, düşüncəsindən asılı olmayaraq bütün jurnalistlərə bərabər yanaşma oldu. Prezidentin jurnalistlərə, mediaya qayğısı bununla kifayətlənmədiyini hamınız bilirsiniz. Hazırda da bütün mətbuat orqanlara, redaksiyalara maddi dəstəklər göstərilir. Bu sahədə də prezidentin dəstəyi hiss olunur və özünü göstərir. Biz də prezidentin apardığı bu siyasətə dəstək olmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın