Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Köşə Yazarları / Borclarını ödəyə bilməyən tanınmış jurnalist evini satışa çıxardı

Borclarını ödəyə bilməyən tanınmış jurnalist evini satışa çıxardı

“525-ci qəzet”-in parlament müxbiri, “Tərəqqi” medallı Kamil Həmzəoğlu (Həmidov) 2006-cı ildən bəri yaşadığı Abşeron rayonu Qobu qəsəbəsindəki evini satışa çıxarır.

Azinforum.az-ın məlumatına görə, o, öz “Facebook” statusunda bu addımının səbəbini belə izah edib:
“Bu haqda çox da ətraflı danışmaq istəmirəm, sadəcə,2011-2014-cü illərdə aldığım, yaşadığım mənəvi və maddı zərbələr, sıxıntılar, üzləşdiyim ədalətsizlik və haqsızlıqlar məni buna vadar, məcbur etdi. Məni tanıyanlar, mənə ürəkdən, səmimi bağlı olan insanlar da yaşadıqlarım və indi vermək məcburiyyətində qaldığım qərarımın səbəbləri barədə az-çox məlumatlıdırlar…Bu günə kimi də əlimi haram tikəyə uzatmadım, boğazımdan haram tikə keçmədi, kiminsə haqqına girmədim, zina, naməhrəm , nacins işlərlə məşğul olmadım…Amma nə etmək olar, həyatdır, haradan və nə vaxt zərbə gələcəyi məlum deyil…Mən də istəmədən, arzulamadan son 4-5 ildə borclara düşdüm, həm bank borcları, həm də şəxsi borclar məni artıq bezdirib-usandırıb, mənə zamin olan insanları da üzmək istəmirəm, hamısı abırlı-həyalı, mədəni, ziyalı insanlardır, istəmirəm ki, kimlərsə mənə görə onları narahat etsin. Odur ki, Qobudakı (17 illik kirayə həyatından sonra nə zorluqlarla-çətinliklərlə tikib başa gətirdiyim, daha doğrusu, gətirməyə çalışdığım) evimi iki sot torpaqla birlikdə satışa çıxarıram-ilkin qiyməti də 16 min AZN. Aşağı yeri də var( tel: 0515841194, 4347246-iş). Ona görə həmkarlarımdan, Fb dostlarımdan bu müraciətimi yaymaqlarını acizanə şəkildə xahiş edirəm. Allah hər birimizin köməyi olsun və bizləri çarəsiz problemlərlə üzləşdirməsin. Amin!”

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın