Ana səhifə / Köşə Yazarları / Bir dairədən iki Aysel Əlizadə… – FOTO

Bir dairədən iki Aysel Əlizadə… – FOTO

Artıq dünəndən Yeni Azərbaycan Partiyasının parlament seçkilərində irəli sürdüyü namizədlərinin siyahısı müzakirə olunur.
Azinforum.az  xəbər verir ki, siyahıda bir çox adlar tanış gəlsə də, partiyanın 8 saylı Binəqədi 1-ci seçki dairəsindəki namizədi- Aysel İsmayıl qızı Əlizadə fikir ayrılıqlarına səbəb olub. Belə ki, bir çoxları onun müğənni Aysel Əlizadə, digərləri isə yazar, “125-lər hərəkatı”ndan həmin dairədən namizədliyini irəli sürmüş eyni ad soyadlı Aysel Əlizadə olduğunu iddia edirdi. Lakin yazar Aysel Əlizadə Alim qızıdır.
Azxeber.com saytı məsələ ilə bağlı kiçik araşdırma aparıb və YAP-ın namizədinin 135 nömrəli məktəbin müəllimi olduğu məlum olub. O, 1989-cu ildə İsmayıllı şəhərində dünyaya gəlib. Bakı şəhərində 135 saylı tam orta məktəbi 2006-cı ildə bitirib. Təfəkkür Universitetinin məzunudur.
2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan Əlizadə 2014-cü ildə bələdiyyə seçkilərində uğur qazanaraq bələdiyyə üzvü seçilib.
Onu da qeyd edək ki, YAP-ın bu dairədən əvvəlki namizədi spiker Oqtay Əsədov idi.
Xatırladaq ki, Müsavat partiyası sözügedən dairədən Arzu Səmədbəylinin namizədliyini irəli sürüb.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın