Ana səhifə / Köşə Yazarları / “Ben bilmem, eşim bilir”də iştirak etdiyi üçün AzTV-dən qovulur

“Ben bilmem, eşim bilir”də iştirak etdiyi üçün AzTV-dən qovulur

Türkiyədə yayımlanan “Ben bilmem, eşim bilir” yarışmasında qalib olan AzTV-nin “Xəbərlər” proqramının aparıcısı Vüsalə Səidi və həyat yoldaşı kanal rəhbərliyi tərəfindən cəzalandırılıb.

Bu barədə “Qafqazinfo”ya AzTV-dən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, aparıcı və həyat yoldaşı sözügedən proqramda rəhbərliyin icazəsi olmadan iştirak edib. Buna görə də, AzTV rəhbəri Arif Alışanovun tapşırığı ilə qalib cütlükdən işdən çıxmaları ilə bağlı izahat alıb.

Məsələ ilə bağlı “Qafqazinfo”  Vüsalə Səidi ilə əlaqə saxlayıb. O, bu barədə danışmaq istəmədiyini deyib.

Qeyd edək ki, AzTV Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova da səhər saatlarından sözügedən məsələ ilə bağlı açıqlama verəcəklərini bildirsə də, hələ də kanaldan Qafqazinfo“ya hadisə ilə bağlı heç bir məlumat verilməyib.

***

Xəbər saytda yayımlanandan sonra Xatirə Qasımova “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: “Biz aparıcıdan izahat alınması məsələsini ilk sizdən eşidirik”.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın