Cümə , Noyabr 15 2019
Ana səhifə / Köşə Yazarları / “Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

“Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

Min illərlə yanan “Yanardağ”ı olan qədim atəşpərəstlər yurdu 25 ildir  atəşkəsə əməl edib Qarabağ üçün –  olan-qalan torpağının işğal altındakı 20 faizi üçün yanmırsa, oyanmırsa, oyunlar qurmaqda dayanmayan düşmənlərimiz sinəmizə yeni-yeni yanar dağlar çəkəcək…***4 İyundan sonra 26-cı iyunu yaşasaq da, mədəmiz yüzlərlə qoyunu həzm-rabedən keçirsə də, toylarda Avropanın iblisanə havalarına atılıb-düşüb şıdırğı oynasaq da,  ağlımız insan cildindəki şeytanların  “yun zavodu” direktorunun “qiyamı”  və Kələki “idarəçiliyi” oyunlarını anlamağa çatmadı…***İnternet Trampın adını erməni dilindən rus dilinə “bradyaqa”, yəni “avara”, “vecsiz” kimi tərcümə etsə də, Azərbaycanda, Türkiyədə, Səudiyyə Ərəbistanında  və bəzi digər müsəlman ölkələrində  ABŞ prezidentini “demokratiya dahisi” hesab edən səfehlər hələ də var…***On illərlə zərərli “Fanta”nı, “Kola”nı, “Cəhənnəm” adı və odu daşıyan enerji içkilərini, eləcə də sırf alkoqollu içkiləri və s.  küçələrdə, meydanlarda, telekanal, qəzet və saytlarda  reklam etdirib vətəndaşları, xüsusən yeniyetmə və gəncləri onlara alışdırandan sonra həmin içkilərin istehlakını tənzimləyən qanunlar hazırlamağın, “filan içkilərdən istifadə etməyin, orqanizmə ziyandır”deməyin nə faydası var?..***Nə qədər ki, ATƏT-in, AŞ-ın, ABŞ-ın, Moskvanın, Parisin çaldığına oynayırıq, bundan 25 il sonra da Qarabağda “son zəngi” ermənilər çalacaq və  bizim  Şuşa, Laçın, Kəlbəcər, Ağdamdakı… məktəblərimizdə son zəng çaldırmağımız “sur düdüyü” çalınana qalacaq…***3-cü əsrdir işğal altında saxladığı Dərbənd xanlığımızı cəsarətimiz çatıb qaytarmağını tələb edə bilmədiyimiz Rusiya elə həmin Dərbənd torpaqlarında qurduğu sərhəddən  tonlarla pomidorumuzu “başımıza çırpıb” geri qaytarır…***Deyirlər, Rusiya və Avropa ABŞ dollarından imtina edir; tamahımızdan, şəhvətimizdən imtina etməyincə yalnız dollardan üz döndərməklə sələmçi oliqarxların dünyadakı maddi hökmranlığına son qoya bilməyəcəyik, çünki onlar öz nəhəng iblisanə sistemlərini insanın doymaz nəfsinin mexanizmləri üzərində qurub-  dünən vicdanını dirhəmə, dinara satan ölkələrdəki, yerlərdəki rəhbər və məmurlar, iş adamları, tacirlər bu gün dollara  satır,  sabah da lazım olsa, yenə rubla satacaq…
Sultan Laçın  

Həmçinin oxuyun

Meyxanaçının TOPAZ üzərindən qumarı təbliğ etməsinin fəsadları…

Bu gün əsas xəbər başlıqları içində diqqətimi çəkənlərdən biri də meyxanaçı Vüqar Əbdülovun futbol mərc …