Bazar , Oktyabr 20 2019
Ana səhifə / Köşə Yazarları / “Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Bayrağımızı fahişələrə, geylərə geydirib murdarlamaq yox, Dəlidağda ucaltmaq gərəkdir!..”

“Onlardan ötrü fərqi yoxdur;  müştəri yığmaq üçün sabah Rusiya, lap Ermənistan bayrağı da geyinərlər…”

Sultan Laçın

Son vaxtlar  xalqımız, dövlətimiz, dinimiz, milli əxlaqımız  üçün əhəmiyyətli olduğundan qəti və bir cavabı olan sualları müzakirəyə çıxarmaq dəb düşüb; indi də Azərbaycan bayrağı rənglərində geyim  forması olmasının mümkünlüyündən danışaraq deyirlər ki, bəs filan-filan  məşhur pozğunluq ulduzları bayrağımızı əyinlərinə geyinirlər, nə bilim, avropalılar dövlət bayrağını ayaqlarına keçirirlər…Bunlara deyən yoxdur ki,  telekanallarda ingilis prezervativlərini  reklam etdirərək Azərbaycan(!) gəncinin əxlaqını pozan fahişələr və “mavi”lər Azərbaycan bayrağını Azərbaycanı sevdiklərindən yox, özlərinə daha çox müştəri yığmaqdan və cəmiyyətə daha çox  binamusluq yaymaqdan ötrü murdar və lüt bədənlərinə keçirirlər; onlara fərqi yoxdur, dünən sovet-rus bayrağını geyinirdilər, bu gün üçrəngli və ya qırmızı türk bayrağını geyinirlər, sabah lazım gəlsə, yenə rus, ingilis, lap erməni bayrağını da geyinərlər…Bəylər, əfəndilər, cənablar, yoldaşlar, xanımlar, kim bizə “mühafizəkar”, “geridə qalmış” deyir–desin, amma fikrimiz qətidir: Azərbaycanın şəhidlərimizin qanı, qazilərimizin canı hesabına  qaldırılmış üçrəngli bayrağını fahişələrə, geylərə, lesbiyanlara, homoseksuallara geydirib murdarlamaq yox, Qarabağda, Şuşada, Cıdır düzündə, Murovda, Dəli dağda, Kirsdə, Hoçazda, Sarıbabada, Ziyarət dağında ucaltmaq gərəkdir…Sultan Laçın 

Həmçinin oxuyun

Mitinqə niyə getmirik?- Nadir Qocabəyli

Əli Kərimlini və tribunada onunla çiyin-çiyinə dayananları dinləmək istəyənlərin belə, bunun üçün özlərinə zəhmət verib …