Çərşənbə , May 22 2019
Ana səhifə / Köşə Yazarları / Baş redaktorun təhdid edən cəzalandırılacaq

Baş redaktorun təhdid edən cəzalandırılacaq

Vasif Turan məsələ ilə bağlı aidiyyati qurumlara müraciət edib

Xəbər verdiyimiz kimi bir neçə gündür ki ,Bolgexeber.tv-nin “başı bəlaya düşüb”. Belə ki , efirə gedən süjetlərdən biri ilə bağlı sözügedən zavodun rəhbəri ofisimizə durmadan zənglər edir və müxtəlif şəxslər göndərir. Özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Cəfər adlı şəxs ötən gün TV-yə gələrək, kanal rəhbərliyinə və əməkdaşlarına hədə-qorxu gəlib. Bundan sonra TV-nin rəhbəri Vasif Turan məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib. Müraciətə Daxili İşlər Nazirliyindən münasibət bildirilib. DİN-nin xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin belə bir əməkdaşı yoxdur və qurumun adından istifadə edən həmin şəxs lazımi cəzanı alacaq. Biz də öz növbəmizdə ümid edirik hörmətli cənab nazir Ramil Usubov məsələni nəzarətdə saxlayacaq və baş redaktoru təhdid edən şəxs cəzalanacaq.

Həmçinin oxuyun

Ateizmin təhsilə verdiyi fayda haqqında Finlandiya əfsanəsi

Bakıda Finlandiya deyəndə “yeyib-içən oğlanlar”ın ağlına birinci “Finlandiya” arağı gəlir. “Çox gəzən çox bilər” atalar sözünə …

Bir cavab yazın