Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Köşə Yazarları / Baş redaktorların neçə yaşı var?

Baş redaktorların neçə yaşı var?

Rusiyanın aparıcı media qurumlarından Lenta.ru saytına 23 yaşlı Vladimir Todorov baş redaktor təyin olunub.

Novator.az bildirir ki, Azərbaycan mediasında da belə ənənə olub. 1992-ci ildə “525-ci qəzet”in redaktoru təyin edilərkən Yusif Rzayevin 24 yaşı vardı. 1993-cü ildə onu 22 yaşlı Səbuhi Məmmədli əvəzləyib.

Gündüz Tahirli 1994-cü ildə “Azadlıq” qəzetinin redaktoru seçilərkən 24 yaşında idi.

1997-ci ildə “Futbol+” qəzetini yaradarkən Mahir Rüstəmlinin 21 yaşı olub. O, 20 ildir bu qəzetə baş redaktorluq edir.

Hazırda ölkədə fəaliyyət göstərən qəzet, informasiya agentliyi və sayt rəhbərlərinin neçə yaşı var? Novator.az bir sıra qəzet, informasiya agentliyi və sayt rəhbərinin siyahısını tərtib edib:

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov – 66 yaş

“Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas – 65 yaş

“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov – 63 yaş

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov – 61 yaş

“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski – 61 yaş

“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev – 60 yaş

Zerkalo.az və Ayna.az saytlarının baş redaktoru Elçin Şıxlı – 60 yaş

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay – 58 yaş

“Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev – 57 yaş

“Olaylar” informasiya agentliyinin baş direktoru və “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz – 57 yaş

“Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov – 56 yaş

“Trend” informasiya agentliyinin baş direktoru İlqar Hüseynov – 55 yaş

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan – 54 yaş

Azadliq.info saytının baş redaktoru Qənimət Zahid – 54 yaş

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid – 53 yaş

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev – 52 yaş

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı – 52 yaş

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu – 51 yaş

“Yeni Musavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu – 51 yaş

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə – 50 yaş

“Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli – 50 yaş

“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev – 50 yaş

“Həftə içi” qəzetinin baş redaktoru Sevinc Seyidova – 49 yaş

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov – 49 yaş

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu – 49 yaş

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı – 48 yaş

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədli – 48 yaş

Xural.com saytının baş redaktoru Əvəz Zeynallı – 47 yaş

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynov – 46 yaş

Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli – 45 yaş

“Səs” media qrupunun rəhbəri və “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev – 44 yaş

Axar.az saytının baş redaktoru Anar Niftəliyev – 44 yaş

Modern.az saytının baş direktoru Elşad Eyvazlı – 44 yaş

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı – 43 yaş

“Azadinform” informasiya agentliyinin baş redaktoru Niyaz Niftiyev – 42 yaş

Ann.az və Qaynarinfo.az saytlarının baş redaktoru Zahir Əzəmət – 42 yaş

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızı – 42 yaş

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli – 41 yaş

Haqqin.az və Virtualaz.org saytlarının baş redaktoru Eynulla Fətullayev – 41 yaş

Strateq.az saytının baş redaktoru Elxan Şükürlü – 41 yaş

Kulis.az saytının baş redaktoru Şərif Ağayar – 41 yaş

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev – 40 yaş

“Sputnik Azərbaycan” informasiya agentliyinin baş redaktoru Mətin Yaşaroğlu – 40 yaş

Publika.az saytının baş redaktoru Elçin Əlibəyli – 39 yaş

Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli – 39 yaş

Qafqazinfo.az saytının baş direktoru Elbrus Ərud – 38 yaş

“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı – 38 yaş

Qol.az saytının baş redaktoru Aydın Bağırov – 37 yaş

Gununsesi.info saytının baş redaktoru Pərviz Həşimli – 36 yaş

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa – 35 yaş

Bakipost.az saytının baş redaktoru Elçin Zahiroğlu – 33 yaş

“Report” informasiya agentliyinin baş redaktoru Murad Əliyev – 32 yaş.

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın