Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktorlar harda istirahət edəcək? – SORĞU

Baş redaktorlar harda istirahət edəcək? – SORĞU

Ağır iş mövsümünün ardınca hər kəs yayın gəlişini səbrsizliklə gözləyir. Çünki insanlar əsasən yay aylarında istirahətə çıxır, yorğunluğunu müxtəlif məkanlarda istirahətlə çıxarmağa çalışır.

Media sahəsində çalışanlar da bütün ilboyu işləyir. Gecəsi-gündüzü bilinməyən jurnalistlər minbir əziyyətlə oxucularına xəbər çatdırmağa çalışırlar. Bəs bu qədər ağır mövsümün ardından həmkarlarımız harda istirahət edəcək? Bu sualla sayt rəhbərlərinə müraciət edik.

Ölkə.Az saytının rəhbəri Məmməd Gülməmmədov:“Adətən avqust ayında tətilə çıxıram. Bunun səbəbi bizim peşəmizdə az-çox həmin ayın sakit keçməsidi. Azərbaycanda istirahət baha başa gəldiyi üçün qonşu Türkiyəyə və ya Gürcüstana getməyə üstünlük verəcəm. Jurnalistlərin qazancı çox olmadığı üçün elə də bahalı yerlərdə istirahət edə bilmirik. Ancaq çalışıram ki, büdcəmə münasib dəniz olan məkanda istirahət edim. Qismət olsa, qayıdanda çəkdiyim xərci açıqlayaram”.

Trend İnformasiya Agentliyinin rəhbəri Arzu Nağı: “Adətən məzunuiyyət vaxtı Qərbi Ukraynaya – müalicəvi sanotoriyalardan birinə gedirəm. Yəqin ki, bu il də belə olacaq. Orada qiymətlər o qədər də baha deyil, təxminən 1000-1500 manat civarında olar. Bu məbləğ bütün xərclər daxil olmaqla 15-20 günə bəs edir”.

Qaynarinfo.Az saytının rəhbəri Zahir Əzəmət: “Son dəfə normal tətilə 4 il əvvəl getmişəm. İllərdir ki, normal istirahət etmədən çalışıram. Artıq itirilmiş enerjinin bərpasına ehtiyac hiss edirəm. Qismət olsa, avqustun sonları üçün ailəmlə birlikdə bir həftəlik Türkiyədə istirahət etməyi planlaşdırıram. Məbləği açıqlamaq istəmirəm. Amma qardaş Türkiyədə hər büdcəyə uyğun istirahət imkanları var. Mən də hardasa ortadan bir az yuxarı bir paket seçmişəm”.

Qafqazinfo.Az saytının rəhbəri Elburus Ərud: “Açığı, hələlik bilmirəm. İmkan olanda Kiyevə gedirəm. Xərcə gələndə, gücüm çatan qədər xərcləyirəm”.

Tanınmış tele-jurnalist Anar Yusifoğlu: “Əslində xüsusi tətil planım yoxdu. Çünki işlərim buna imkan vermir. Amma ailəmlə birlikdə bir həftəlik rayonlardan birinə gedəcəm. Bu öz rayonumuz da ola bilər. Xərcə gəldikdə, bunun smetasını tutmamışam. Hər halda buna imkanımız çatar”.

Aznews.Az saytının rəhbəri Elçin Zahiroğlu: “Özümdən əvvəl əməkdaşlarımızın məzuniyyətə getməsini planlaşdırıram. Onların məzuniyyətindən sonra, işlər imkan versə, istirahətə gedəcəm. 5 günlük xarici səfərim var, hesab edirəm vaxt az olsa da, dincələ biləcəm, çünki çox sevdiyim yeri seçmişəm. Qalan vaxtları isə Azərbaycanın rayonlarında olacam. Ümumiyyətlə, ölkədə daha rahat oluram. Ona görə ki, işə nəzarət edə bilirəm, nəsə problem çıxanda dərhal həllinə nail olmaq mümkün olur”.

Pia.Az saytının rəhbəri Azər Qaramanlı: “Bu ayın sonunda redaksiya ilə birlikdə bir necə günlük Xoşbulağa getməyi planlaşdırırıq. Özümün ailəmlə harda istirahət edəcəyimi isə hələ bilmirəm. Böyük ehtimalla kəndə gedəcəyəm. Ola bilsin ki, ordan da bir həftəlik Masallı və ya Lerikə yollandım”. Qaynarinfo.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın