Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Baş redaktor tənqid etdikləri  məmurun yaxınları tərəfindən təhdid edildiyini deyir

Baş redaktor tənqid etdikləri  məmurun yaxınları tərəfindən təhdid edildiyini deyir

Jurnalist, “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlu ölümlə təhdid olunduğunu deyir.

Onun sözlərinə görə, baş redaktoru olduğu Sonolay.org saytında son günlərdə Beyləqan rayon təhsillində baş verən qanunsuzluqları əks etdirən araşdırma yazılar dərc edilib.

“Saytmız tərəfindən dərc olunmuş həmin məqalələrdə X. Rüstəmovanın Beyləqan təhsilində qol qoyduğu əyintilər, korrupsiya və rüşvətxorluğu barədə konkret faktlarla sadalanaraq, araşdırılması üçün Baş Prokurorluğa və Təhsil Nazirliyinə göndərilib. Xuraman Rüstəmova Şahin və Fəxirəddin adlı qardaşları 12.02.2017-ci il tarixində gəcə saat 00:07 radələrində 050 350 00 88, 050 318 47 26 mobil telefon nömürələrindən mənim 051 797 64 64 şəxsi mobil telefon nömürəmə zəng edərək məni axtardıqlarını, əllərinə keçsəm başıma müsibətlər gətirəcəklərini açıq şəkildə ifadə edərək, öz tərbiyyələrinə uyğun formada ünvanıma təhqiramiz ifadələr işlədərək ölümlə hədələmişdirlər».
Artıq həyatımın təhlükə altında olduğunu görürən jurnalist Baş Prokuror Zakir Qaralova, DİN Ramil Usubova, DTX-nin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb.

Baş redaktor müraciətində özünün və ailəsinin, iki də az yaşlı uşaqlarının Beyləqan rayonunda yaşadıqlarını və onların həyatının təhlükə altında olduğunu vurğulayır.

«İki az yaşlı uşağım Beyləqan şəhər, 3 saylı orta məktəbində 3 -cü və 5-cü siniflərdə oxuyurlar. Bu gün uşaqlarım mənə qarşı olunan açıq təhdidlərdən dolayı dərsə getmirlər. Uşaqlarımın həyatlarının təhlükə altında olduğunu düşünürəm. Bütün bunların başında mənim jurnalist fəaliyyətim ilə bağlı açıqsözlü olmağım və Beyləqan Təhsil Şöbəsinin xanım müdirəsi Xuraman Rüstəmovanın fəaliyyətindəki nöqsanları aşkara çıxarmağım dayanır».

Hazırda üzləşdiyi xoşagəlməz hadisələrə müdaxilə etməsini, Xuraman Rüstəmovanın vəzifəli şəxs olaraq qardaşları vasitəsi ilə ona və ailəsinə təhdid etdirməsinə görə barəsində zəruri tədbirlər görülməsinin vacibliyini vurğulayan baş redaktor müraciət etdiyi hər üç şəxslərdən ona və ailəsinə olunan təhdidlərə son qoyulmasını xahiş edib.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın