Ana səhifə / Köşə Yazarları / “Bakı artıq mənə o qədər doğma gəlmir” – ANS-ın keçmiş aparıcısı ölkədən gedir

“Bakı artıq mənə o qədər doğma gəlmir” – ANS-ın keçmiş aparıcısı ölkədən gedir

ANS-ın keçmiş aparıcısı Amil Hacıyev ölkədən gedir.
O, ölkədən gedəcəyi haqqında məlumatı öz “Facebook” hesabında paylaşıb:
“Mən Gürcüstan vətəndaşıyam. Artıq 33 yaşım var. Qərara aldım ki, bundan sonra fəaliyyətimi Gürcüstanda davam etdirim. Məqsədim bundan sonra siyasətə qoşulub, 2020-ci il parlament seçkilərində namizəd kimi iştirak etməkdir. Allah hamımızın yar və yardımçısı olsun.
P.S. Tam səmimi deyim. Bakı artıq mənə o qədər doğma gəlmir. İlk dəfə idi ki, 25 il yaşadığım şəhərdə darıxır və sıxılırdım. Borçalıma gedirəm. O saf havalı, sulu torpağa…”.
Qeyd edək ki, Amil ANS-də televiziyanın idman xəbərləri departamentinin rəisi vəzifəsində çalışıb.(Axşam.az)

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın