Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / AzTV-nin aparıcısına İTV-də vəzifə verildi

AzTV-nin aparıcısına İTV-də vəzifə verildi

AzTV-nin “Xəbərlər” və “Səhər” proqramlarının aparıcısı Rəşad Mehdiliyə yeni vəzifə verilib.

 

Aznys.az-a daxil olan məlumata görə, teleaparıcı İctimai Televiziya və Radio Yayımları Şirkətinin İnformasiya şöbəsinin rəisinin müavini vəzifəsinə təyin edilib.

 

Məlumat üçün bildirək ki, sözügedən departamentin rəisi Rauf Rəcəbovdur. O, bu posta bir neçə həftə əvvəl gətirilib.

 

Qeyd edək ki, R.Mehdili iyulun 17-dən etibarən İTV-də veriliş aparır. O, “Həftənin Yekunu” proqramında verilişin müəllifi və aparıcısı, hazırda yay məzuniyyətində olan Şaiq Məmmədovu əvəzləyib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın