Ana səhifə / Köşə Yazarları / AzTV-nin əməkdaşına yeni vəzifə verildi

AzTV-nin əməkdaşına yeni vəzifə verildi

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun müvafiq əmri ilə telejurnalist Elməddin Quliyev Komitənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, bu vaxta qədər komitədə mətbuat xidməti olmayıb. E. Quliyev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. Uzun müddət AzTV-də İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində işləyib. Eyni zamanda elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın