Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Köşə Yazarları / AzTV İlhamənin oğulluğuna cavab verdi

AzTV İlhamənin oğulluğuna cavab verdi

Mərhum xalq artisti İlhamə Quliyevanın ölümündən sonra adı ətrafında qalmaqal davam edir. Bu dəfə qalmaqal İlhamə Quliyevanın maaş kartı ətrafında yaranıb. İlhmə Quliyeva Azərbaycan Televiziya və Radio açıq Səhmdar Cəmiyyətinin səsyazma studiyasında birinci müavini olub. Bir neçə gün öncə isə onun oğulluğu Orxan Nadirov açıqlamasında əməkhaqqı kartının dondurulması ilə bağlı açıqlama verib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Xatirə Qasım Cebhe.info-ya bildirib ki, mərhum xalq artistinin əməkhaqqı kartı AzTv tərəfindən dondurulmayıb:

“O, bir müddət xəstəxanada yatdı. Biz ondan xəstəlik haqqında sənəd gözləyirdik. Lakin dünyasını dəyişdi və hal-hazırda da kartı dondurulmayıb. Onun oğulluğunun bu barədə yaydığı məlumat tamamilə yalandır”.

O ki qaldı İlhamə xanımın yerinə yeni təyinata, bu məsələ hələ gündəmdə deyil:

“İmkan verək ki, 40-ı çıxsın, ondan sonra bu məsələyə baxılacaq. Biz hamımız müsəlmanıq, İslam dininə ibadət edirik. İmkan verək bir hadisələr cərəyan etsin, xəbər soyusun, ondan sonra. Hər şey sakitləşdikdən sonra təbii ki, İlhamə xanımın yerinə təyinat olacaq”.

Qeyd edək ki, mərhum xalq artistinin mirası üçün qalmaqallar daha da böyüməkdədir.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın