Ana səhifə / Köşə Yazarları / AzTV-də yeni müavinlə işçilər arasında gərginlik – İstefalar var

AzTV-də yeni müavinlə işçilər arasında gərginlik – İstefalar var

AzTV-də rəhbərliklə bir qrup işçi arasında qalmaqal yaranıb. Nəticədə bir neçə nəfər işini itirib, qalanların əmək haqları azaldılıb. 
AzNews.az xəbər verir ki, gərginlik bir müddət əvvəl Elsevər Dünyamalıyevin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsinə təyinat alandan sonra başlayıb. Məlumata görə, E.Dünyamalıyev Arif Alışanovun radio məsələləri üzrə müavini təyin edildikdən sonra bəzi islahatlar aparmaq təklifi ilə çıxış edib. O, sədrə “Xəbərlər” departamentinin əməkdaşlarının şirkətdə bekar qaldıqlarını, məhz bu səbəbdən islahata sözügedən redaksiyadan başlamağın vacib olduğunu bildirib. A.Alışanov isə yeni müavinin təklifini qəbul edib.
Bundan sonra “Xəbərlər”ə keçən E.Dünyamalıyev islahata işçilərin maaşlarının kəsilməsi ilə başlayıb. Belə ki, yeni müavin redaksiya əməkdaşlarını yığaraq iclas keçirib. Bildirib ki, əvvəlki maaş sistemi ləğv edilib və artıq müxbirlər çəkilişlərinə görə qonorar alacaqlar. Bəzi müxbirlərin cəzalandırılması məqsədilə onlara çəkilişə çıxmağa icazə verilmir. Əməkdaşların özlərinin təklif etdiyi mövzular isə qəbul edilmir. Bununla da müxbir sadəcə olaraq bir gününü boşuna keçirmiş olur və ay sonunda da heç bir qonorar yazılmır.
Redaksiya daxilində süni gərginliyin yaradılması, hətta bəzən əməkdaşların aşağılayıcı ifadələrlə təhqir edilməsi də verilən informasiyalar sırasındadır: “E.Dünyamalıyev müxbirlərə qarşı “kimin hansı yuvanın quşu olduğunu bilirik”, “kim hansı yolla haralara gedib, bizə məlumdur” kimi ifadələr işlədir. Bu isə redaksiya heyəti arasında ciddi narazılığa səbəb olub”.
Bütün bunlara görə, artıq redaksiyanın bir çox əməkdaşı işdən azad olunma ilə bağlı ərizə yazıb. Onlar arasında AzTV-də uzun müddət çalışmış Zərifə Qurban və Lalə Yusifli də var.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın