Şənbə , Aprel 20 2024
Ana səhifə / Köşə Yazarları / Aznews.az-ın keçmiş baş redaktoru yeni sayt yaratdı – Açıqlama

Aznews.az-ın keçmiş baş redaktoru yeni sayt yaratdı – Açıqlama

Bu gündən “Bakı Post” (http://bakipost.az/) saytı yeni, modern informasiya resursu kimi istifadəyə verilir. 

Sayta bakipost.az və bakupost.az domenlərindən giriş olacaq. Sayt rəhbərliyinin mətbuat üçün yaydığı xülasədə deyilir:

“Bakı Post”un hədəfi ölkəmizin informasiya mühitində canlanma yaratmaq və məlumata daha tez çatmaqla cəmiyyətin operativ informasiya ehtiyacının ödənməsinə xidmət etməkdir. Demokratiya və plüralizm prinsiplərinə əsaslanan “Bakı Post”, hər bir izləyənin azad tribunasına çevriləcək. Bu sayt yalnız xəbər dərc etməklə kifayətlənməyəcək, təhlillər, rəylər, mütəxəssis fikirləri ilə baş verən hadisələrin əsl mahiyyətini açmağa çalışacaq.

İnanırıq ki, “Bakı Post”, qısa müddət ərzində obyektiv xəbərlərin ünvanı, oxucuların etibar etdiyi, güvəndiyi bir portala çevriləcək. Ölkəmizə “Bakı Post”un pəncərəsindən baxın. Daha gerçək bir ölkə görmək üçün!”

Saytın rəhbəri Aznews.az-ın keçmiş baş redaktoru Elçin Zahiroğludur.

 

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın