“Azadlıq” qəzetinin qiyməti 60 qəpiyə qaldırılıb.
Qəzetin bugünkü sayında bu haqda elan yerləşdirilib.
Qəzet qiymət artımına məcburiyyət qarşısında getdiyini bildirib, bunu ikinci devalvasiyadan sonrakı bahalaşma ilə izah edib: «Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur».(“Qafqazinfo”)