Kreml Rusiya prezidenti Vladimir Putinin dekabrın 17-də jurnalistlər üçün keçirəcəyi ənənəvi illik mətbuat konfrasına akkreditasiya olan jurnalistlərin siyahısını dərc edib.
Akkreditasiydan keçən 1390 jurnalist arasında Azərbaycanın media orqanlarının nümayəndələri və bəzi xarici KİV-lərdə çalışan azərbaycanlılar da var.
“AZƏRTAC” Dövlət İnformasiya Agentliyi – Fəridə Abdullayeva
ATV telekanalı – Elzar Ağayev
“Azəri-Press Agentliyi” (APA) – Fərid Əkbərov
“Lider” telekanalı – Anar Həsənov
“Azərbaycan Dövlət Televiziyası (AzTV) – Zakir Musayev
“AzerRos.ru” saytı – Cəmil Sadıqbəyov
“AzerRos.ru” saytı – Vaqif Adıgözəlov
Çin Mərkəzi Televiziyasının (CCTV) Rusiya bölməsinin müxbiri – Rasim Nəbiyev
“Cihan” informasiya agentliyi – Fuad Səfərov
“İHA” informasiya agentliyi – Fuad Abbasov
Vladimir Putinin mətbuat konfransı dekabrın 17-si Bakı vaxtı ilə 13:00-da başlayacaq. Bu, Rusiya prezidentinin keçirdiyi sayca 11-ci geniş mətbuat konfransı olacaq. (modern.az)