Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycanlı jurnalistin layihəsi Polşada qalib oldu: “Bakı-Varşava-Bakı”

Azərbaycanlı jurnalistin layihəsi Polşada qalib oldu: “Bakı-Varşava-Bakı”

Polşa Tarix Muzeyi Rüfət Əhmədzadəyə Varşavada 1 ay araşdırma aparmaq üçün təqaüd ayırdı

Junalist Rüfət Əhmədzadə Polşa paytaxtı haqqında kitab yazmağa hazırlaşır.
Bu barədə  məlumat verən Rüfət Əhmədzadə bildirib ki, sözügedən reportajlar toplusunun layihəsini polyak dilində hazırlayaraq Polşa Tarix Muzeyinin müsabiqəsinə təqdim edib.

“Yanvarın 13-də mənə layihəmin bəyənildiyi və 1 ay Varşavada araşdırma aparmaq üçün təqaüd qazandığım barədə elektron məktub gəldi. Polşa Tarix Muzeyinin saytında da bu barədə məlumat verilib.
Müsabiqə 10 ildir keçirilir və Polşa Tarix Muzeyindən araşdırma üçün təqaüd qazanan ilk azərbaycanlı mənəm. Ümumilikdə bu il 12 qalib olub.

Hələ səfər vaxtını müəyyən etməmişəm. Amma kitabın adı belə olacaq: “Bakı-Varşava-Bakı: Zamanla səyahət”.
Topluya daxil olan məqalələrimi həm Azərbaycan, həm də polyak dilində yazmağı planlaşdırıram”, – deyə R.Əhmədzadə qeyd edib. Onun sözlərinə görə, kitabın çapı və maliyyələşməsindən hələ söz getməyib.

“Polşada reportaj ədəbiyyatı geniş yayılıb, gənclər reportaj kitablarına xüsusi maraq göstərirlər. Qərara aldım ki, həm Varşava tarixi, həm Polşadakı Azərbaycan diasporunun fəaliyyəti, həm də Azərbaycanda polyak icması ilə bağlı silsilə araşdırmalar aparım. İlkin mərhələdə bu araşdırmaları aparmaq üçün şans qazandım.
Sonrakı mərhələdə isə məqalələr hissə-hisə həm yerli mətbuatda, həm də Polşa KİV-ində yayımlanacaq. Ən son mərhələdə isə kitab haqqında düşünəcək və danışacağıq”, – deyə yazıçı-jurnalist əlavə edib.
Qeyd edək ki, Rüfət Əhmədzadə ixtisasca polyak və ingilis dilləri üzrə tərcüməçidir.

Azinforum.az

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın