Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / Azərbaycanın KİV rəhbərləri Ankarada görüşlər keçirir –Fotolar

Azərbaycanın KİV rəhbərləri Ankarada görüşlər keçirir –Fotolar

Azərbaycandan Türkiyənin paytaxtı Ankara şəhərinə proqram səfəri ilə gedən azərbaycanlı baş redaktorlar görüşlərə başlayıblar.
Musavat.com-un xəbərinə görə, nümayəndə heyətinin tərkibində KİV DF rəhbərliyi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, o cümlədən Azərbaycanda fəaliyyət göstərən populyar media qurumlarının  – qəzet və saytların rəhbərləri var.
Azərbaycanlı jurnalistlər proqram səfərinə mərhum prezident Heydər Əliyevin vəfat günü ilə bağlı olaraq onun Ankaradakı abidəsini və Əliyevin adına olan parkı ziyarətlə başlayıblar, daha sonra isə Türkiyə Cümhuriyyətinin Basın, Yayın, İnformasiya Genəl Müdürlüyündə görüş keçiriblər. Genəl Müdürlüyün rəhbəri Ahmet Akarca qonaqları salamlayıb, ondan sonra görüş qarşılıqlı fikir mübadiləsi şəraitində davam edib. KİV DF-nin icraçı direktoru Vüqar Səfərli Azərbaycan media rəhbərləri adından Türkiyə xalqına başsağlığı verib və hər kəsi şəhidlərin anısına 1 dəqiqəlik sayğı duruşuna dəvət edib.
Daha sonra qəzet redaktorları TİKA-da qurum rəhbərliyi ilə görüşə yollanıblar və onunla görüşüblər.
Azərbaycanlı jurnalistlərin görüşləri davam edir. Əlavə məlumat veriləcək.
Səfəri KİV DF BYİGM ilə bir yerdə təşkil edib.







Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın