Ana səhifə / Köşə Yazarları / Azərbaycanda 300-ə yaxın “YouTube” kanalı bağlanıb – FOTO

Azərbaycanda 300-ə yaxın “YouTube” kanalı bağlanıb – FOTO

“Hazırda Azərbaycanda 300-ə yaxın “YouTube” kanalı bağlanıb. Gələcəkdə bağlanan kanalların sayı daha da artacaq”.

Bunu AzVision.az-a “YouTube”nin Azərbaycandakı partnyor şirkətinin rəhbəri Çingiz Şirinov deyib.

Onun sözlərinə görə, Azərbaycanda “YouTube” kanallarına baxış sayı region ölkələri ilə müqayisədə çox aşağıdır. Bunun bir sıra səbələri var:

““YouTube” kanallarına baxışla bağlı regiondakı bazarları müqayisə etdik. Ölkəmizdə ən baxımlı “YouTube”də kanalının baxış sayısı 76 milyon təşkil edir. Bu, bizim əhalinim sayı ilə müqayisədə çox aşağı göstərici sayılır. Qonşu Gürcüstanda əhalinin sayı bizimdən iki dəfə azdır. Orada ən baxımlı “YouTube” kanalının baxış sayı 127 milyondur. Ermənistanda isə ən çox baxılan üç “YouTube” kanalının baxış sayı 200 milyondur. Erməni telekanalları tam olaraq internet üzərinə çıxıb və ölkələrinin təbliğatlarını aparırlar.

Biz də ölkəmizdə “YouTube” kanallarının baxış sayını, populyarlığını artımaq üzərində çalışırıq. Hazırda bəzi “YouTube” kanallarının qanunsuz olaraq fəaliyyət göstərməsinin qarşısını alırıq. Piratçılıq baş alıb gedir. Çünki insanlar telekanalların verilişlərini “YouTube”-ə pirat yollarla, öz adları ilə yükləyib, qazanc əldə edirlər. Bu sahədə planlı iş həyata keçirmək lazımdır”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın