Cümə , Yanvar 22 2021
Ana səhifə / Köşə Yazarları / Azərbaycan televiziyalarında “qara yumor”a qadağa qoyuldu

Azərbaycan televiziyalarında “qara yumor”a qadağa qoyuldu

Azərbaycan televiziyalarında insanları güldürmək məqsədilə yayımlanan və “qara yumor”dan istifadə olunan verilişlər yığışdırılıb.

Bunu “Report”a açıqlamasında Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov deyib.

O bildirib ki, “qara yumor” vasitəsilə tamaşaçıda gülüş yaratmağa çalışan “Bu da bu”, “Komedi.az” kimi verilişlər dayandırılıb.

Şöbə müdirinin sözlərinə görə, hazırda telekanalların efirində Azərbaycan tamaşaçısının mənəvi dəyərlərinə zidd olan, hansısa xarici kanalda yayımlanan verilişləri olduğu kimi təqlid edən proqramlar yayımlanmır.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın