Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Köşə Yazarları / “Azərbaycan kiber hücumlardan yetərincə qorunmayıb” – EKSPERT

“Azərbaycan kiber hücumlardan yetərincə qorunmayıb” – EKSPERT

Rusiya, Ukrayna, İspaniya, Fransa, Danimarka, Böyük Britaniya, Hindistan və bir çox başqa ölkələrdəki kompüter şəbəkələri güclü kiber hücuma məruz qalıblar. Virus həmçinin iri infrastruktur obyektləri də sıradan çıxarır. Bəzi ekspertlər hazırkı hücumda istifadə edilən “Petya” virusunun may ayında kompüter şəbəkələrini sıradan çıxarmış “WannaCry” virusundan daha zərərli olduğunu iddia edirlər.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Sputnik Azərbaycana bildirib ki, bizim ölkədə bu istiqamətdə bir sıra addımlar atılsa da, bəzi problemlər qalmaqdadır: “Bir neçə müddət bundan öncə bir sıra banklarda ciddi problemlər olmuşdu. Müəyyən şəxslər tərəfindən banklarda hesablara daxil olmağa qədər güclü hücumlar olub”.

“İnkişaf olduqca, bu problemlər də artma istiqamətində gedəcək. Ona görə də aidiyyatı qurumlar bununla bağlı texnologiya, kadrlar və resurslar cəhətdən ciddi təbdirlər görməlidirlər. Bu davam edən prosesin heç vaxt sonu olmayacaq. Yeni texnologiyalarla bağlı gərək yeni təhlükəsizlik tədbirləri görülsün” — deyə Osman Gündüz bildirib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın