Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Köşə Yazarları / Aytən Səfərova: “İki balamla ümidlə gözlədim, amma…”

Aytən Səfərova: “İki balamla ümidlə gözlədim, amma…”

“Bir neçə il ümidlə yaşadım. Məktəbli qızım hətta otağının oboylarını təsvir edib günləri sayırdı. “Ana, prezidentimiz bizi sevindirəcək, az qalıb” deyib, sevincini gizlətmirdi”.

Azinforum.az-ın məlumatına görə, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb.

Aparıcı bu il prezidentin kütləvi informasiya vasitələri əməkdaşlarına verdiyi mənzillərdən ona da pay düşəcəyinə ümid etdiyini bildirib:

“11 yaşlı qızım prezidenti hamıdan güclü sayır. O qədər demişdim ki, prezidentimiz bizə ev verəcək. Bu da komissiyanın “ədalətli” və “hərtərfli” araşdırması. 255 nəfərdən nə qədər həmkar tanıyıram ki, doğrudan da layiqdir. Halal xoşları… Lakin elə jurnalistlər var ki, mənzil problemləri yoxdur.

Valideynlərimin evi uzun müddət adımda olub. Burada atam, anam və qardaşım böyük ailəsi ilə qalır. Bu ilin martında haqlı olaraq anama bağışladım, çünki anamın və atamın evi idi. Qardaşıma qalmalıdır. İki balamla gözlədik. Bu da son…

Mən – Aytən Səfərova 25 yaşlı, jurnalistikaya “dünən” gələnlər qədər olmadımmı, ay “ədalətli” komissiyanın üzvləri? Budurmu xalqın rəğbətini qazanan jurnalistə verdiyiniz dəyər?”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın