Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Köşə Yazarları / ATV-nin “Yoxlama”sı sahibkarları bezdirib

ATV-nin “Yoxlama”sı sahibkarları bezdirib

ATV-də daha bir veriliş narazılığa səbəb olub
Telekanalda yayımlanan “Yoxlama” proqramı iş adamlarının həyatını zindan edib.

Aparıcı Azərin layihəsi olan veriliş gecə saatlarında təqdim olunur. Sahibkarların sözlərinə görə, teleaparıcı Standartlaşdırma və Meterologiya Patent Komitəsinin nümayəndəsi ilə restoranların gününü qara edib.

İş adamları qeyd edirlər ki, restoranları qapı-qapı gəzərək mədəni şəkildə şantaj proqramı hazırlanır. Bununla həmin restoranların reytinqinə və reputasiyasına zərbə vurulur, antireklam kampaniyası aparılır və bir müddət sonra təkrar yoxlama aparılır.

Komitə sədri Ramiz Həsənov öz əməkdaşını ATV-nin əməkdaşına əlbir etməklə qruplaşma yaradıb. Prezident iş adamlarının iki il vergi yoxlamasından azad etsə də, “Yoxlama” verilişinin komandası restoranlarda, obyektlərdə keyfiyyət yoxlamaq adı altında sahibkarların çətinə salır.

“Yoxlama”nın Rusiyadakı verilişin plagiatı olduğunu deyən obyekt sahibləri deyirlər ki, bu araşdırmalardan zinhara gəliblər. Onların dediyinə görə, komitə və telekanal iş adamlarını sıxışdırmağın yolunu tapıblar.

Təbii ki, nöqsanları işıqlandırmaq medianın işidir. Ancaq “Yoxlama”nın şantaj üslubunda hazırladığı veriliş restoranların müştərilərinin azalmasına səbəb olur.

Eyni zamanda bu yoxlamalar qanundan kənar həyata keçirilir. İş adamları xatırladırlar ki, Xoşqədəmin və Zaurun ATV-dəki layihələri illərlə tamaşaçının gözünü kor edib, indi də Azərin verilişi beyin yumaqla məşğuldur.

Verilişin gecə yayımlanması da şübhəlidir. Məqsəd heç də geniş tamaşaçı kütləsi qarşısına çıxmaq deyil. Sadəcə, tanınmış restoranları sıxıb boğmaqdır.

Bu da ciddi narahatlıq yaradıb. Çünki iqtisadi böhran onsuz da ticarət və restoran şəbəkələrinin belini sındırıb. Hazırda restoranlar müştəri sarıdan əziyyət çəkir.
Belə məqamda komitənin telekanalla müştərək şəkildə obyektlərə mədəni basqını onların kommersiya maraqlarına zərbə vurur. Komitənin və telekanalın hansı maraqlarının olması isə aydın deyil.

Yeri gəlmişkən, R.Həsənovun rəhbərik etdiyi komitənin ləğvi və ya İqtisadiyyat Nazirliyinə birləşdirilməsi gündəmdədir. Mediada komitə sədrinin adı Çovdarov kimi təqdim olunur.

Belə ki, onlar da sahibkarları sıxışdırır, boğur, incidir və qeyri-rəsmi tələblər irəli sürüldüyü iddia olunur. Ona görə də qurumun struktur islahatları nəticəsində əriyəcəyi gözlənilir.(politika.az)

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın