Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Köşə Yazarları / ATV-nin aparıcısı Murad Dadaşovu biabır etdi: – “Peşəkarları işdən qovdunuz”

ATV-nin aparıcısı Murad Dadaşovu biabır etdi: – “Peşəkarları işdən qovdunuz”

Əməkdar artist Murad Dadaşovun telekanalların hazırki durumunu tənqid etməsi ATV-nin aparıcısı Ranar Musayevi özündən çıxarıb.

Axşam.az-ın məlumatına görə, şoumenin sözlərinə fikir bildirən R.Musayev onunla bağlı maraqlı faktlar açıqlayıb:

“Çox gülməlidir. Deyən lazımdır ki, birincisi 2008-ci, 2009-cu illərdə sizə “Lider” telekanalında baş prodüser vəzifəsi etibar olunmuşdu. Bacarığınızı göstərərdiz də… Boş-boşuna danışmaqla deyil ki… İllərnən əziyyətnən yaradılan telekanalı məhv etdiniz.

İkincisi siz deyildinizmi həmin baş prodüser vəzifəsində olarkən, olan-qalan istedadları işdən çıxaran, əzən, məhv edən?”.

R.Musayev onu M.Dadaşovun “Lider” telekanalından işdən çıxardığını iddia edib:

“Peşəkarlar, işini bacaranlar, işini sevənlər, istedadlar həmin ərəfədə siz tərəfdən işdən qovuldu. Onların içində də mən. Biabırçılıqla işdən qovuldum, səbəbsiz, filansız. Öncə efirdən kənarlaşdırıldım, səbəb olaraq dediniz ki, “Eybəcərlərin efirdə yeri yoxdur”. Sizin təzyiqləriniz altında ən yaxşı layihələr bağlanmalı oldu. Onlardan da biri tamaşaçıların indiyədək yadda saxladığı “Bura Bakıdır” verilişi idi. Azərbaycanda yerli televiziyanın məhv olunma təməlini qoyan adam Murad Dadaşov – bu gün televiziyanın aşağı səviyyədə olmasından danışır. Ən azı bu işin içində olanlar üçün bu çox gülməlidir.
Müsahibədə “Tək başına bu durumu düzəltməyə çalışıram” ifadəsi lap filmin kuliminasiya nöqtəsi oldu. Kaş televiziyanın yuxarı qalxdığı zaman, heç kəsə mane olmayardınız. Bu bəs olardı ki, tək əlinizdən səs çıxsın.

Sağlam rəqabət apara biməyən, heç zaman uğurlu televiziya işçisi ola bilməz (müvəqqəti uğuru çıxmaq şərti ilə). Şahidlər olan yerdə, həqiqət üzə çıxar, ona görə də lazım deyil”.

Qeyd edək ki, M.Dadaşov saytımıza açıqlamasında telekanalların tək işinin çalıb-oynamaq və yemək bişirmək olduğunu bildirmişdi.

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın