Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / ATV ilə bağlı yayılan videoya MTRŞ-dən cavab – VİDEO

ATV ilə bağlı yayılan videoya MTRŞ-dən cavab – VİDEO

“ATV-də efirə getdiyi deyilən videoda ciddi qanun pozuntusu halı yoxdur”.
Bu sözləri ATV-də yayımlanan ”İdeya qazandı” verilişində münsiflərin öz ideyasını təqdim edən gəncə gülmələri və onu lağa qoymaları barədə yayılan videonu Kult.az-a şərh edən MTRŞ-ın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
O, videoda baş verənlərin qanun pozuntusu olmadığını da bildirib:
“Həmin videonun efirə gedib-getmədiyi də bilinmir. Çünki kanalın loqosu videoda əksini tapmayıb. Onu da demək lazımdır ki, “İdeya qazandı” verilişi kifayət qədər orijinal layihədir. Belə layihələr gənclərə dəstək olur. Bu layihədə xırda bir məqamı qabardıb layihəni gözdən salmaq olmaz. Bu mənada burada dramatikləşdiriləcək hal yoxdur”.
Qeyd edək ki, “İdeya qazandı” verilişi ilə bağlı yayılan videoda öz ideyasını təqdim edən gəncə münsiflərin gülməsi, gənci ələ salmaqları birmənalı qarşılanmayıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın