Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Köşə Yazarları / Asif Mərzili təhlükəsizliyinə təminat istəyir

Asif Mərzili təhlükəsizliyinə təminat istəyir

“Mən hələ birinci hadisə baş verəndə cənab nazir Ramil Usubova və Baş prokuror cənab Zakir Qaralova müraciətimdə bildirmişdim ki, bu cinayətin törədilməsinin sifarişçisi kimi şübhələndiyim şəxsin polis və prokurorluq orqanlarında çoxsaylı ailə üzvləri, qohumları vardır, şübhələrim var ki, onun istintaqa təsir etmək imkanı istisna deyildir”.

Bu sözləri “Azadlıq”a evi, daha sonra isə avtomobili yandırılan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili bildirib. O əlavə edib ki, cinayət işinə nəzarəti həyata keçirən prokuror şübhələndiyi şəxsin ən yaxın qohumudur:

“Mənim Baş Prokurora şikayətimdən sonra bu məsələ nəzarətə götürüldü, lakin məndə hələ də şübhələr var ki, istintaq sirri kənara çıxarılır.

Mən bir daha o qənaətdəyəm ki, hər iki sui-qəsd cinayətinin sifarişçisi konkret olaraq bir məlum şəxsdir, istintaq orqanlarından bəzi məlumatlar hansısa formada ona ötürülür, kimlərsə onunla əlaqədədir. Çünki martın 14-də törədilmiş cinayət əməlinin üstünün açılmayacağına tam əmin olan həmin sifarişçi və icraçılar sonradan- iyulun 9-da mənə məxsus şəxsi avtomobili eyni üsulla və eyni formada benzin tökərək yandırılmasını həyata keçirdilər. Əgər vaxtında əvvəlki cinayət işinin üstü açılsaydı, təbii ki, 2-ci cinayət hadisəsi də törədilməzdi. Indi 2-ci cinayətin də üstü açılmayacaqsa, 3-cü dəfə daha ağır cinayət hadisənin baş verəcəyi şübhə doğurmur.

Mənim Cənab nazir Ramil Usubovla görüşməkdə də məqsədim bu idi ki, məlum cinayətlərin baş verməsinə gətirən səbəb və yolları birbaşa nazirin özünə deyim. Inanıram ki, bu görüş tezliklə baş tutacaq və mən hətta istintaqa deyə bilmədiklərimi nazirin şəxsən özünə deyəcəyəm? Bununla belə, həm də heç vaxt inana bilmərəm ki, məhz cənab nazir Ramil Usubovun şəxsi nəzarətində olan belə bir cinayət işinin üstünün açılmamasından ötrü şübhələndiyim şəxs hansısa formada istintaqa təsir imkanına malik olsun. Amma özüm, ailə üzvlərim və redaksiya əməkdaşları əvvəlkilərdən də ağır cinayət hadisəsinin baş verməyəcəyinə də əmin deyilik. Çünki cinayətkarlar hələ də tutulub istintaqa təhvil verilməyib, sifarişçi hələ də öz fəaliyyətindədir”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın