Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

Arif Alışanov tanınmış jurnalistə vəzifə verdi

AzTV-də yeni təyinat olub.

AzNews.az xəbər verir ki, tanınmış jurnalist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə işə qayıdıb. Arif Alışanovun əmriylə ona yenidən AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsi həvalə olunub.

Qeyd edək ki, Vəli Əkbər 5 il Lider TV-nin ictimai-siyasi proqramlar departamentinin rəisi işləyib. Bu televiziyadan ayrılandan sonra, AzTV-nin İnformasiya studiyasının direktor müavini vəzifəsinə təyinat alıb. Bir müddət sonra isə rəhbərliklə aralarında yaranmış fikir ayrılığı səbəbindən vəzifəsindən azad olunub. Ondan sonra “Türkel” və “Region TV”-nin Xəbər Departamentinin rəhbəri vəzifəsində çalışıb. Bir müddət əvvəl onun “Xəzər” televiziyasına rəhbər gələcəyi barədə məlumat yayılmışdı.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın