Ana səhifə / Köşə Yazarları /  Aqil Ələskər rusdilli layihəyə start verdi – Yenicag.Ru saytı fəaliyyətə başladı

 Aqil Ələskər rusdilli layihəyə start verdi – Yenicag.Ru saytı fəaliyyətə başladı

“Yeniçağ Azərbaycan”ın tərkibində rus dilində fəaliyyət göstərəcək yeni sayt yayıma başlayır.

Yenicag.Ru domeni ilə fəaliyyət göstərəcək olan informasiya saytı rus dilinin əhatə etdiyi geniş oxucu auditoriyasını ən son, aktual və ətraflı materiallarla təmin etməyi qarşısına məqsəd qoyub.

Yenicag.Ru saytı planetimizin hər bir guşəsində baş verən hadisələri, onların xülasəsini, informasiya və analiz şəklində rusdilli auditoriyaya operativ şəkildə çatdıracaq. Avropa, Asiya, Türk dünyası, Yaxın Şərq və dünyanın digər bölgələrində baş verən maraqlı hadisələr haqqında öz oxucularına əhatəli məlumat verəcək. Bundan əlavə, saytda zəngin elektron kitabxana bölməsi də mütaliəsevər oxucuların xidmətində olacaq.

Yenicag.Ru saytı bundan başqa Yaxın və Orta Şərq regionunda gedən hərbi-siyasi proseslərin düzgün işıqlandırılması, erməni diasporasının nəzarətində olan kifayət qədər tirajlı və populyar elektron KİV-lərin anti-Azərbaycan və anti-Türkiyə təbliğatına qarşı da bir lokomotiv rolunu oynayacaq.

Sayt Türk-İslam coğrafiyasında baş verənlərin düzgün işıqlandırılması, Türk-İslam dünyasına qarşı Qərbin imperialist qüvvələrinin apardığı amansız psixoloji-informasiya müharibəsinin qarşısının alınması üçün də mükəmməl konsepsiyaya malik bir informasiya resursu olacaqdır.

Qeyd edək ki, Yenicag.Ru  layihəsinin rəhbəri Aqil Ələsgər, redaktoru Qafqaz Ömərovdur.
ekran-resmi-2016-12-24-09-56-40

Yeniçağ.Az

Share Button

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın