Bazar , Noyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / Aparıcılar efirdəki səhvlərindən danışdı – “Bundan sonra…”

Aparıcılar efirdəki səhvlərindən danışdı – “Bundan sonra…”

Xəbər verdiyimiz kimi, Milli Teleradio Şurasında ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair konfrans keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, MTRŞ-nin hesabatında adları ədəbi dil və leksik normaları pozan aparıcılar məsələyə münasibət bildirib:

“Beş barmaq” verilişinin aparıcısı Ulvira Qarayeva:

“Ayda 22 verilişimiz efirə gedir, sevindim ki, hörmətli MTRŞ yalnız bir səhv görüb. Tənqidə açığam və qərəzsiz tənqiddən nəticə çıxardıram”.

“Günəbaxan” verilişinin aparıcısı Elgiz Əkbər:

“Normal münasibət bəsləyirəm. Çalışacam ki, gələcək bu türk sözlərindən istifadə etməyim. İndi mənə bu barədə məlumat verdilər. Mən iki il İstanbulda yaşamışam. Danışığımda türk sözləri var, istifadə edirəm. Kanalımızda bu məsələ də müzakirə olunub. Bundan sonra səlis Azərbaycan dilində danışacam. Hesab edirəm ki, məndə bu problem həll olacaq”.

“Xeyrə qarşı” verilişinin aparıcısı İlqar Mikayıloğlu:

“Mənim bu məsələyə münasibətim nə ola bilər? Hansısa bir qərarı veriblərsə, deməli, o qərara əməl etmək lazımdı. Başqa heç nə deyə bilmərəm”.

ATV-də “Hava” verilişinin aparıcısı Kəmalə Piriyeva:

“Bu haqda nə deyə bilərəm? Yəni, ədəbi qaydalar pozulub, gələcəkdə nəzərə alarıq, bu problemlər aradan qaldırılar”.

Həmçinin oxuyun

Prezidentin məntiqinə inanaq, yoxsa Zahid Orucun elan etdiyi sorğunun nəticəsinə?

Noyabrın 12-sində Sosial Tədiqatlar Mərkəzinin (STM) sədri, millət vəkili Zahid Orucun keçirdiyi brifinqə baxdım. Diqqətimi …

Bir cavab yazın