Ana səhifə / Köşə Yazarları / Anspress.com niyə BAĞLANDI? – Ekspertdən maraqlı ŞƏRH

Anspress.com niyə BAĞLANDI? – Ekspertdən maraqlı ŞƏRH

“Azərbaycan İnternet Forumu olaraq anspress.com onlayn xəbər resursuna blok qoyulması məsələsinə aydınlıq gətirmək üçün müəyyən araşdırma apardıq.
Çünki bu məsələ kifayət qədər ictimai əhəmiyyət kəsb edirdi. Və qapadılma ilə bağlı hən hansı rəsmi açıqlama da verilməmişdi”.

Azinforum.az xəbər verir ki, bu haqda Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz öz Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, son illərdə ölkə internetində hər hansı senzura amilinin olmaması, məhkəmə qərarı olmadan internet resursun bloklanmaması, ən kritik anlarda Azərbaycan internetin azadlığına xələl gətirəcək addımların atılmaması fonunda yetərincə auditoriyaya malik anspress.com saytının bloklanması ekspertlər tərəfindən də birmənalı qarşılanmamışdı.

“Bu günə əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, anspress.com xəbər resursu ölkə ərazisində fəaliyyət göstərən heç bir provayder tərəfindən bloklanmayıb.
Bununla belə anonimayzerlər vasitəsilə də sayta daxil olmaq mümkündür.
Belə olan halda düşünmək olar ki, baş verən hadisələrdən sonra bu xəbər resursunun fəaliyyəti onun öz sahibi, ANS rəhbərliyi tərəfindən müvəqqəti olaraq dayandırılıb.
Güman ki, resurs sahibi öz serverində Azərbaycana aid ilan İP ünvanları bloklayıb və ölkədən bura giriş qapadılıb.
Ümid edirik ki bununla bağlı şirkət rəhbərliyi tərəfindən rəsmi açıqlama veriləcək”.
Qeyd edək ki, iyulun 18-də MTRŞ-nin növbəti iclası keçirilib.

Şura Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, “Televiziya və radio yayımı haqqında” Qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən bir ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın