Cümə , Oktyabr 23 2020
Ana səhifə / Köşə Yazarları / ANS-in yerində Günəş TV?

ANS-in yerində Günəş TV?

Fəaliyyəti dayandırılan ANS TV-nin tezliyini yeni telekanal yayımlanır. Artıq bir neçə gündür ki, axşam saatlarından etibarən Azərbaycan ərazisində “Günəş TV” yayımlanmağa başlayıb. Qeyd edək ki, ölkənin ilk uşaq kanalı olan “Günəş TV” 01 aprel 2015-ci il tarixindən şimal bölgəsində yayıma başlayıb. Bununla bağlı əldə etdiyimiz məlumata görə ANS-in tezliyində Günəş TV-in yayımını KATV kabel televiziyası təşkil edib. Hərçənd ki, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşovun məlumatına görə, hazırda ANS-in tezliyinin başqa bir kanala verilməsi məsələsinə baxılmır. Günəş TV-nin ANS-in tezliyində yayımlanması da texniki səbəblərlə bağlı ola bilər. MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov da bildirib ki, “Azərbaycanda kifayət qədər teleradio yayımçısı var. Bu səbəbdən də Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən yeni televiziya kanalının açılması üçün yaxın gələcəkdə müsabiqə elan edilməsi nəzərdə tutulmayıb”.Amma ekspertlər bildirir ki, bu texniki səbəbdən ola bilməz. Yəni ANS-in yerində Günəş TV-in olması məqsədli şəkildə həyata keçirilib. Çox maraqlıdır ki, bu işi qanunsuz olaraq həyata keçirən KATV-yə qarşı heç bir ölçü görülmür. Bunun isə səbəbi odur ki, KATV-in sahibi MTRŞ-da təmsil olunan şəxsdir. Bunu da qeyd edək ki, heç bir lisenziya olmadan bir kanalın tezlikdə yayılması dövləti cinayət hesab edilir.

Teref.info

Həmçinin oxuyun

RUS DİLİ VƏ RUS BÖLMƏSİNDƏ TƏHSİL: faydalı olanı fəsadsız necə əldə etməli?

Yazmaq istəyirsən, fikirləşəndə ki, auditoriya elə də böyük deyil onda fikrindən daşınırsan. Rus dili ilə …

Bir cavab yazın