Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Köşə Yazarları / ANS-in tarixi, tarixin ANS-i

ANS-in tarixi, tarixin ANS-i

ANS-in tarixi elə ölkəmizin azadlığı, müstəqilliyi uğrunda apardığımız mübarizənin, ərazi bütövlüyümüz uğrunda gedən müharibənin salnaməsi, tarixidir. Hamımızın yaşadığı tarixi anlar, tarixin müxtəlif dolaylarında xalqımızın çəkdikləri ANS-in çəkdiyi kadrlarla tarixə çevrilib. “Azərbaycanda müharibə, müharibədə Azərbaycan gedir”, deyə cəbhədən xəbər verən ANS bəzi məqamlarda döyüş əməliyyatlarının gedişinə belə müsbət təsir etməyi bacarıb. Birinci Qarabağ savaşını cəbhə-cəbhə gəzib izləyən ANS-çilər daim ön cəbhədə olublar. Qarabağ savaşında da, informasiya müharibəsində də həmişə öndə olan ANS ikinci halda informasiya müharibəsində qələbəni təmin etməklə haqq davamızda qələbəni yaxınlaşdırmaq yolunda fəaliyyətini uğurla davam etdirir. Biz müharibə, mübarizə meydanından, səngərlərdən çəkilməmişik !
Yalan da, həqiqət də eyni hərflərlə yazılır. Hadisələri dəqiq analız etmək, vəziyyəti olduğu kimi qiymətləndirmək üçün xəbərin çixdiği yerdə olmaq çox vacibdir. ANS xəbərin izinə düşməyi həmişə bacarıb. İzlərin apardığı yolda təhlükələr olsa belə… Təkcə Qarabağ savaşında deyil dünyanın neçə münaqişə bölgəsində- Çeçenistanda, İraqda, Əfqanıstanda, Liviyada əməkdaşlarımız həyatlarını təhlükəyə ataraq real və ekstremal çəkilişlərlə baş verənlər haqda dürüst məlumatlar çatdiriblar.
Neçə ildir ki, Ordu ilə, ölkəmizin müdafiəçiləri ilə “Marş” deyib birgə addimlayırıq. Ən möhtəşəm layihələr də, ən maraqlı ideyalar da hərbi-vətənpərvərlik yönümündə olmaqla, bayramların, xoş anların sevincini də zabit və əsgərlərimizlə birgə yaşamışıq. ANS-in arxivi Silahlı Qüvvələrimizin formalaşma, inkişaf tarixini göstərən unikal kadrlarla zəngindir.
İnformasiya müharibəsinin əsas hədəfi cəmiyyəti, eləcə də Silahlı Qüvvələri sarsıtmaqdır. Heç bir sərhəd tanımayan informasiya həmləsi üçün keçilməz sədd yoxdur. Onunçün nə cəbhə xətti var, nə minalanmış sahə, nə də bu həmləni təyin edən radiolokasiya cihazları. İnformasiyanı qeydsiz şərtsiz qəbul edən televizor dediyimiz bir cihaz var. ANS evlərimizdə ən böyük silaha çevrilən bu cihazların özümüzə qarşı çevrilməsinin qarşısını ala bilib həmişə. Doğru, düzgün, qərəzsiz xəbər və məlumatlarla.
Döyüşlərdə yaranıb bərkiyən ANS indi də döyüşçü libasını əynindən çıxarmayıb.
Rahib Qərib
ANS-də “Marş” verlişinin aparıcısı

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın