Ana səhifə / Köşə Yazarları / ANS-in keçmiş aparıcısı: “Hər hərəkətimi qəbul etdilər”

ANS-in keçmiş aparıcısı: “Hər hərəkətimi qəbul etdilər”

Umka həmkarları haqda dafikirlərini bölüşüb: “Mən nə etsəm də, tamaşaçılar qəbul edirdi. Hazırda sosial şəbəkədə də bir foto paylaşanda 100 şərhdən biri tənqidi olur. Bəzən təhqir yazırlar, həmin şəxsləri  qara siyahıya atıram. Olduğum kimi göründüyümə görə  insanlar məni unutmadı. Çünki necə varamsa, eləyəm. Bir çox aparıcıya baxıram ki, şitini çıxarıb, ağızına gələni danışır. Efirdə toy gedir. Aparıcıların çoxunun söz bazası, intelekti yoxdur. Kiminsə köməkliyi, sponsorun dəstəyi  ilə efirə çıxırlar. Amma baxırsan ki, bacarıqları yoxdur”.

ANS-in keçmiş aparıcısı Umka Hacıyeva müğənni Nurlan Təhməzli ilə çəkildiyi “Yol ayrıcı” serialından danışıb. 
Musavat.com saytına açıqlama verən aparıcı maraqlı ekran işi ilə tamaşaçıların görüşünəgələcəyini bildirib:
“Məni şəkillərdən  bəyəniblər, sonra rejissora göstəriblər. Serialın anonsu çəkilib. Çəkilişlər  fevralda başlayacaq. Çox maraqlı serial olacaq, dəyərli sənət adamları rol alacaq.
“Yol ayrıcı” ilk ekran işim deyil. ANS və Lider televiziyalarında çəkilən ekran işlərində rol almışam. Hazırkı serialdan öncə də serial təklifi olmuşdu, sadəcə ssenari və çəkiliş xoşuma gəlmədiyi üçün  razı olmadım. Hazırkı kollektiv gənclərdən ibarətdir. Düşünürəm ki, daha əyləncəli və dinamik olacaq.  Rolum haqqında tam məlumat vermək istəmirəm. Onu deyə bilərəm ki, Umkanın dəliliyi orada özünü büruzə verəcək”.
Aparıcı uzun müddət ekranlardan uzaq qalmasının səbəbini də açıqlayıb: “Haqqımda çox söz-söhbət yayıldı.  Bezmişdim söhbətlərdən. Həm də şəxsi həyatımla əlaqədar uzaqlaşmalı oldum. Hazırda şəxsi həyatım yoxdur. Ona görə geri qayıtmışam. Serialdan əlavə yeni layihə təqdim edəcəyəm”.
Umka həmkarları haqda dafikirlərini bölüşüb: “Mən nə etsəm də, tamaşaçılar qəbul edirdi. Hazırda sosial şəbəkədə də bir foto paylaşanda 100 şərhdən biri tənqidi olur. Bəzən təhqir yazırlar, həmin şəxsləri  qara siyahıya atıram. Olduğum kimi göründüyümə görə  insanlar məni unutmadı. Çünki necə varamsa, eləyəm. Bir çox aparıcıya baxıram ki, şitini çıxarıb, ağızına gələni danışır. Efirdə toy gedir. Aparıcıların çoxunun söz bazası, intelekti yoxdur. Kiminsə köməkliyi, sponsorun dəstəyi  ilə efirə çıxırlar. Amma baxırsan ki, bacarıqları yoxdur”.




Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın