Çərşənbə axşamı , Avqust 20 2019
Ana səhifə / Köşə Yazarları / ANS-in arxivi oğurlandı – VİDEO

ANS-in arxivi oğurlandı – VİDEO

“Bakıda bəzi reklam lövhələrində ANS telekanalına məxsus videomaterialın yerləşdirilməsi reklam, müəllifllik və əlaqəli hüquqlar haqqında qanunvericiliyin pozulmasıdır. Çünki həmin reklam çarxında istifadə olunan materiallarda ANS-ə məxsusluğu ilə bağlı heç nə qeyd edilməyib.”
Bunu İstiPress-ə müsahibəsində ANS Şirkətlər Qrupunun hüquqşunası Sevda Məhərrəmova Bakıda reklam lövhələrində Milli Qəhrəman Albert Aqarunovun kadrlarının və videomüsahibəsinin yayılması ilə bağlı rəy bildirərkən qeyd edib. Onun sözlərinə görə, videomüsahibəni reklam lövhəsinə yerləşdirən şirkət müəlliflik hüquqlarını pozub.
Məsələ burasındadır ki, aprelin 22-dən etibarən Bakının müxtəlif yerlərində quraşdırılan reklam lövhələrində Milli Qəhrəman Albert Aqarunovun Qarabağ müharibəsi zamanı ANS telekanalına verdiyi müsahibə və kanalın cəkdiyi digər kadrlar yayımlanır. Həmin müsahibəni ANS-in əməkdaşları Vahid Mustafayev və Mir Şahin Qarabağ müharibəsini çəkərkən götürüb. Müsahibə ANS-in arxivində saxlanılır. Reklam lövhəsindəki videonu orijinalı ilə müqayisə edərkən dəyişikliklərin edildiyi, ANS-in loqotipinin kadrlardan çıxarıldığı görünür.
Sevda Məhərrəmova qeyd edir ki, Azərbaycan Respublikasının reklam haqqında qanununda vurğulanır ki, müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda bu, haqsız reklam sayılır və İnzibati Xətalar Məcəlləsinə görə həmin fiziki və ya hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Ümumiyyətlə, Müəllifliklə əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Araşdırma nəticəsində məlum olub ki, reklam lövhəsindəki çarx “Greenlight” MMC tərəfindən yerləşdirilib. Şirkətin satış departamentinin direktoru Taleh Kərimov İstiPress-ə bildirdi ki, reklam lövhəsi Yəhudi İcmasının xahişi əsasında hazırlanıb.
“Əlbəttə ki, bu videomüsahibədən istifadə edilərkən ANS MMYŞ-dən icazə alınmalı idi. Lakin həmin videonun ANS-ə aid olduğunu bilmədik. Videoçarxı “Youtube” portalından götürərək istifadə etmişik. Həmin kadrlarda isə heç bir loqotip olmayıb. Sadəcə olaraq reklamın yerləşdirilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə (BŞİH) müraciət edildi və müsbət cavab alındı. Bakının 10 yerində reklam lövhələrində yerləşdirildi.”, – deyə Taleh Kərimov bildirdi.
BŞİH-in reklam və informasiya idarəsinin şöbə müdiri Zahid İsmayılov isə İstiPress-ə bildirdi ki, BŞİH-ə heç bir müraciət edilməyib və bu, şirkətin öz təşəbbüsü ilə həyata keçirilib.
“Həmin reklam lövhələri şirkətə məxsusdur, bütün materialları özləri yerləşdirir. Lakin onların yerləşdirdiyi bütün materiallar reklam haqqında qanunun və digər qanunvericilik tələblərinə uyğun olmalıdır. BŞİH isə məsələ ilə bağlı təcili tədbirlər görüb. Həmin videomüsahibə reklam lövhələrindən yığışdırılıb”, – deyə Zahid İsmayılov bildirdi.

Həmçinin oxuyun

Avropalaşan Naxçıvan- Ədib İSAQOĞLU

Bir nəfər müsavatçı tanışımın Naxçıvan haqqında məlumatsızlığı, məni bu yazını yazmağa vadar etdi. Tanışımın mənə …

Bir cavab yazın