Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / ANS “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət edir…

ANS “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət edir…

“Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılandan sonra bu səlahiyyətlərin digər telekanallara deyil, daha çox ANS qarşı istifadə edildiyi barədə iddia tamamilə səhvdir”.
Azinforum.az  xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
MTRŞ-in bütün televiziya kanallarına bərabər münasibət bəslədiyini deyən N. Məhərrəmli ANS-in “hamıdan ağıllıyam” prinsipi ilə hərəkət etdiyini bildirib:
“Sadəcə, bir televiziya kanalı bir şey olanda, “hamıdan ağıllıyam” prinsipi ilə özünü hamıdan qabağa verir. Ancaq bu, tamamilə əksinə, yarıtmaz bir işdir və ona görə onlar cavablarını da alırlar. Milli Televiziya və Radio Şurası bundan sonra da səlahiyyətlərini qətiyyətlə həyata keçirəcək”.
MTRŞ sədri ANS üçün tətbiq edilən 161 min manat cərimənin miqdarının kifayət qədər böyük olması fikri ilə razılaşmayıb:
“Əksinə, cərimələr çox aşağıdır, qanun pozuntuları isə kifayət qədər çoxdur. Cərimələr 5-8 min manat aralığında olan cərimələrdir. Lakin qanun pozuntuları çox olduğu üçün həmin ümumi cərimə məbləği də elə yüksək görünür”.
MTRŞ-in səlahiyyətlərin artırıldığı oktyabr ayından ötən dövr ərzində digər telekanalları cərimələmək zərurəti görüb-görmədiyi, telekanalları bağışlayıb-bağışlamadığına gəlincə, N. Məhərrəmli bir sıra telekanallarla mütəmadi iş aparıldığını qeyd edib:
“Hər hansı televiziya kanalı ona qarşı qaldırılan iradı qəbul edir və çatışmazlıqları düzəltməyə çalışırsa, Milli Televiziya və Radio Şurası da müvafiq addım atır. Amma bəzi telekanallar qaşınmayan yerdən qan çıxaranda təbii ki, Milli Televiziya və Radio Şurası da qanunun sərtliyini ona göstərir”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın