Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / ANS-də hamı bir nəfər kimi prezidentə inanır — AÇIQLAMA

ANS-də hamı bir nəfər kimi prezidentə inanır — AÇIQLAMA

“Hüquqi və demokratik ölkədə yaşayırıq”

Bu sözləri ANS Şirkətlər Qrupunun mətbuat sözcüsü Mais Məmmədov Ölkə.Az saytına açıqlamasında bildirib. O həmçinin qeyd edib ki, bu gün bir sıra saytlarda ANS-lə bağlı yayılan xəbərlər təəssüf hissi yaradır və heç bir əsası yoxdur:

“ANS yazıldığı kimi hansısa başqa prodakşın və ya studiya ilə iş görmür. ANS rəhbərliyi bu gündə inanır ki, telekanal fəaliyyətini bərpa edəcək və tamaşaçılarımız bizi məhz ANS-dən izləyəcək. Çünki hüquqi və demokratik ölkədə yaşayırıq. Buna görə dövlətimiz ANS-çiləri və tamaşaçılarını sevindirəcək.

ANS-də hamı bir nəfər kimi prezidentə inanır və hamı da arxayınlıq var ki, dövlet başçısı öz sözünü deyəcək, milyonlarla tamaşaçını sevindirəcək”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın