Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / ANS baş redaktoru məhkəməyə verdi

ANS baş redaktoru məhkəməyə verdi

ANS Teleradio Şirkəti Aznew.az saytının baş redaktoru Elçin Zahiroğulunu məhkəməyə verib.

Baş redaktor Modern.az-a açıqlamasında bununla bağlı xəbəri təsdiqləyib.

O bildirib ki, ANS şirkətinin onu hansı səbəbdən dolayı məhkəməyə verməsi haqqında dəqiq məlumatı yoxdur:

“ANS şirkəti tərəfindən məhkəməyə verilməyimlə bağlı məktub bu gün mənə göndərilib. Məktub Yasamal rayon məhkəməsindən tərəfindən mənə ünvanlanıb və yanvar ayının 2-dən məni məhkəməyə dəvət ediblər. ANS şirkəti hər hansı bir yazı gedən kimi bizi məhkəməyə verir. Bunun səbəbi haqda isə hələki dəqiq məlumatım yoxdur. Çox gümanki, son günlər ANS şirkətində kütləvi ixtisarlar bağlı dərc olunmuş yazı ilə bağlı olacaq” deyə, E. Zahiroğlu vurğulayıb.

Baş redaktor onu da qeyd edib ki, məktubda onları şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi ilə bağlı maddə ilə təqsirləndikləri qeyd olunub.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın