Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Köşə Yazarları / “Anaxeber.az” saytının rəhbəri Baş prokurorluğa çağırıldı

“Anaxeber.az” saytının rəhbəri Baş prokurorluğa çağırıldı

“Anaxeber.az” internet portalının rəhbəri Azər Talıbov Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, “Anaxeber.az” internet portalında müxtəlif vaxtlarda dərc olunmuş məqalələrdə dövlət sirri haqqında, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin müddəaları pozulmaqla həqiqətə uyğun olmayan, dəqiqləşdirilməmiş və dövlət orqanlarının rəsmi məlumatlarına əsaslanmayan dövlət sirri təşkil edən, yəni dövlətin hərbi, xarici-siyasi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura biləcək məlumatlar ictimailəşdirilib.

“Bundan başqa, həmin məqalələrdə ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq yayılmasına da yol verilib. Bununla əlaqədar xəbər portalının baş redaktoru Azər Talıbov Baş Prokurorluğa dəvət edilərək, “Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq rəhbəri olduğu xəbər portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə informasiyaların yayılmasına, habelə dövlət sirri təşkil edən məlumatların və ibtidai araşdırma məlumatlarının qanunsuz olaraq ictimailəşdirilməsinə son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”, – deyə məlumatda bildirilir.

Həmçinin oxuyun

“Belə getsə, Şuşada “son zəng” çaldırmağımız “Sur düdüyü”nə qalacaq…”

Min illərlə yanan “Yanardağ”ı olan qədim atəşpərəstlər yurdu 25 ildir  atəşkəsə əməl edib Qarabağ üçün …

Bir cavab yazın