Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Köşə Yazarları / “Amnesty İnternational”: “Jurnalistlərin qatilləri cəzasız qalır”

“Amnesty İnternational”: “Jurnalistlərin qatilləri cəzasız qalır”

“Hökumətin jurnalist Rasim Əliyevin ölümünün araşdırılmasını şəxsi nəzarətə götürülməsi barədəki vədləri çətin ki, real ədalət mühakiməsinə gətirib çıxarsın”.
Bu barədə “Amnesty İnternational” hüquq-müdafiə təşkilatının bəyanatında deyilir.
“Uzun müddətdir ki, Azərbaycan jurnalistləri təqib və Rasimin ölümü kimi dəhşətli hücumların obyektlərinə çevriliblər. Qərəzsiz təhqiqat barədə inandırmalara baxmayaraq bu qətllərdə günahı olanlar cəzasız qalır” – deyə təşkilatın nümayəndəsi Natalia Nozadze bildirib.
“Azərbaycanda ifadə azadlığı “can verir”. Odur ki, nə qədər ki bu azadlıq tam bitməyib, hakimiyyət jurnalistləri qorumaq üçün dərhal və effektiv tədbirlər görməlidir” – N.Nozadze bildirib (“Turan”).

 

Həmçinin oxuyun

Nədir 40 yaş?- Günel MÖVLUD

Sevirsən, amma daha sevgi əzabı çəkmirsən. Darıxırsan, amma içəndə ona zəng eləmirsən. Kiməsə hirslənirsən, amma …

Bir cavab yazın