Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında “AzTV gərginliyi” yaranıb

Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında “AzTV gərginliyi” yaranıb

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu ilə bir qrup deputat arasında AzTv-də efir məsələsi ilə bağlı ciddi narazılıq yaranıb.

Bir qrup deputat artıq məsələ ilə bağlı parlament rəhbərliyinə və AzTV rəhbərliyinə müraciət etməyə hazırlaşır.

Buna səbəb parlamentin fəaliyyətinin AzTV-də işıqlandırılması zamanı deputatların efirə çıxmasının Akif Təvəkküloğlunun “senzurasın”dan keçməsidir.

Narazı deputatlar iddia edir ki, Akif Təvəkküloğlunun istəmədiyi deputatların çıxışları və yaxud görüntüləri AzTV-də efirə verilməsi üçün material göndərilən zaman kəsilərək çıxarılır. Belə bir ayrı seçkiliyin salınması, dövlət kanalında deputatlara qarşı fərqli münasibətlərin olması artıq ciddi narazılıq yaradıb. (Ölkə.Az)

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın