Cümə , Aprel 19 2024
Ana səhifə / Köşə Yazarları / Ağdamda “APA-Holdinq” əməkdaşlarına hücum olub- KAMERA SINDIRILIB

Ağdamda “APA-Holdinq” əməkdaşlarına hücum olub- KAMERA SINDIRILIB

Ağdamda Azəri-Press İnformasiya Agentliyinin (APA) və APA TV-nin əməkdaşlarına qarşı zorakılığa yol verilib.

Qidadan zəhərlənmə diaqnozu ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətirilən Rəşad Nəcəfov və yaxınları çəkiliş qrupuna hücum edərək, televiziyaya məxsus “Panasonic-HD 3MOS” markalı videokameranın obyektivini sındırıblar.

Zorakılığa məruz qalan jurnalistlər bununla bağlı Ağdam Rayon Polis Şöbəsinə müraciət ediblər.

Qeyd edək ki, rayonun Quzanlı qəsəbəsinin sakinləri Rəşad Nəcəfov, Arzu Nəsibova, Rasim Naibov və Ramiz Naibov dünən Ağdam Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər.

Onlar bir gün əvvəl açılan pomidor turşusunu yedikdən sonra özlərini narahat hiss etdiklərini bildiriblər.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın