ABŞ prezidenti Donald Tramp bir sıra aparıcı mətbuat orqanlarını yalan xəbər dərc etdiyinə görə “xalqın düşməni” adlandırıb.
AzVision.az xəbər verir ki, Amerika prezidenti bu barədə “Twitter” hesabında yazıb: “Saxta xəbərləri (The New York Times, NBC, ABC, CBS, CNN) dərc edən KİV-lər mənim düşmənlərim deyil, onlar Amerika xalqının düşmənləridir”.
Qeyd edək ki, Donald Tramp saxta məlumatların yayılmasında Amerika KİV-ləri dəfələrlə ittiham edib.