Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Köşə Yazarları / Abdolbari Goozal mətbuata elə sözlər dedi ki…

Abdolbari Goozal mətbuata elə sözlər dedi ki…

Tanınmış və təcrübəli iş adamlarından biri, “Azersun Holding”in Müşahidə Şurasının sədri Abdolbari Goozal jurnalistlərə tövsiyələr verib.
“Marja” xəbər verir ki, Aprelin 8-də “SABİS SUN” Beynəlxalq məktəblər şəbəkəsinin  mediaya təqdimatı mərasimində Abdolbari Goozal jurnalistlərə ürək sözlərini çatdırıb:
“Hamını bəzər, özü lüt gəzər”
“Sizə mətbuata da sözüm var. Mən jurnalist olsaydım, yazdığım xəbəri yüz faiz dəqiqləşdirərdim. Sübut olmadan bir mövzu haqqında yazmazdım.
Onsuz da jurnalistlər varlı adamlar deyillər. Jurnalistlərin işi iynənin gördüyü işə bənzəyir. İynə nə edir?! İynə hamını bəzəyir, özü lüt gəzir.Yəni, mətbuat da hamını bəzəyir, özü lüt gəzir.
Bir var durub “Azersun” yamandır, bu işi nə üçün belə edirsən” deyəsən, bir də var deyəsən ki, “bu iş sizə yaraşmır”.
Aranızdakı bəzi jurnalistlər haqsız yerə bir şeylər yazırlar. Bəlkə içi doludur, bir iftira atmaq istəyirlər. Qonşu qonşudan narazı olduqda, gücü çatmayanda ona iftira atır. Haqsız şəkildə yazılanlar bütün mətbuatın etibarını zədələyir.  Buna mətbuat icazə verməməlidir. Deməlidir ki, qardaş siz səhv yazırsınız. Bu gün birinə deyirsən, “qəzet yazıb”. Deyirlər ki, “Qəzetdir də yazır…”. Çünki qəzetlər bəzi yazıları düzgün yazmırlar”.
“Mətbuatın etibarını qoruyun”
Abdolbari Goozal qeyd edib ki, mətbuatın rolu və məsuliyyəti böyükdür:
“Mətbuat işinə məsuliyyətlə yanaşıb, Azərbaycan üçün uğurlu iş görənləri təşviq etsə, digərləri də ona baxıb yaxşı adam olacaqlar. Qəddarlığından əl çəkib deyəcəkdir ki, “mətbuat filankəsi təqdir edir. Bəlkə mən də pis işlərdən əl çəkib yaxşı işlər görüm? Niyə görə də, ən azı mən filankəs qədər olmayım?. Adamlar düz deyir, o kişi düz iş görür”. Qısası, xahişim budur ki,  mətbuatın etibarını qoruyun. Bizim etibarımız  bizim işimizin önündədir. Bir məhsulun ağzını qırıb içinə şüşə qoyub, ondan yazıblar. Sonra da üzr istəyirlər. Bu düzgün deyil. Keyfiyyət İSO standartlarına görə bir siyasətdir, amma Abdolbari Goozal standartına görə isə, keyfiyyət bizim həyatımızdır. Yəni biz möhrümüzü bir şeyə vurduqsa, ona 100% zəmanət veririk”.
“Siqaret satsaydım milyonlar qazanardım”
Abdoolbari Goozal bildirib ki, “Azersun Holding” haqsız gəlir əldə etməkdən uzaqdır:
“Azərsun” başqasının yumurtasını boyuyub, haqsız yerə yüksək gəlir əldə edən təşkilat deyil. Hər gün hamıya tapşırıram ki, boyamayın, həqiqətçi olun. Əgər bir məhsul 1 manata başa gəlirsə, üzərinə 10%-ni əlavə edib, 1 manat 10 qəpiyə satın. Amma satdığın ən ucuz mal insan sağlığına zərər verməməlidir. Sadəcə Azərbaycanda siqaret biznesinə başlasaydım, milyonlar qazanardım. Azərbaycanda siqaret satmaq istəyən şirkətlər ilk dəfə mənim yanıma gəlmişdilər. Ərəb mənə Dubayda çox yalvardı.  Dedim ki, “qardaş mən xalqımı zəhərləyə bilmərəm. Mən çıxanda gördüm ki, həyətdə bir “Range Rover” avtomobili var və ərəb avtomobilin açarını mənə verir. Dedim ki, “axı mən sizin nümayəndəliyinizi qəbul etmədim”. O dedi ki, “Mən bu avtomobili sizin şəxsiyyətinizə görə verirəm”. Mən də dedim ki, “Siz özünüzü əhv etdirirsiniz, çünki siqaret satırsınız”.  Yəni, biz siqaret satmırıq, biz spirtli içki satmırıq, biz silah satmırıq. Biz insanlara xoşbəxtlik gətirəcək gündəlik ehtiyaclarını qarşılayırıq”.
“Yazdığınızın arxasında dura bilin”
Tanınmış və təcrübəli iş adamı jurnalistləri məlumatı sənəd və sübutla yazmağa çağırıb: “Qələminiz dəyərlidir. “Mən yazsam, gərək hamı ayağa dursun” prinsipi ilə çalışın. Kim sizə “bunu belə yazın” desə, ona “qardaş mən sənədsiz yazmaram” deyin. Nə yazırsınızsa onun dalında dura bilin. Sonra deyin ki, “buyur Goozal bəy, mən boş danışmıram, Sizin əleyhinizə nə yazmışamsa düz yazmışam”. İnşallah, Allah sizə belə qələmlər nəsib etsin”.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın