Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Köşə Yazarları / 16 il əvvəl öldürülən ukraynalı jurnalist dəfn olunub – MEDIA

16 il əvvəl öldürülən ukraynalı jurnalist dəfn olunub – MEDIA

Ukraynalı jurnalist Georgi Qonqadze paytaxt Kiyevdə dəfn olunub. Apa-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, ukraynalı jurnalistin dəfn mərasimi günorta saatlarında baş tutub.
Qeyd edək ki, “Ukrayna həqiqətləri” internet nəşrinin təsisçisi və baş redaktoru Georgi Qonqadze 2000-ci ilin sentyabr ayında itkin düşüb. Bir müddət sonra Kiyev yaxınlığındakı meşədə onun başsız bədəni tapılıb. Jurnalistin qətlində Ukrayna DİN Xarici müşahidə departamentinin keçmiş rəisi Aleksey Pukaç təqsirli bilinib. A. Pukaç 2009-cu ilin iyulun 22-də həbs olunub və 2013-cü ildə məhkəmə onun barəsində ömürlük həbs cəzası çıxarıb. Qətlin sifarişçisi qismində keçmiş daxili işlər naziri, 2005-ci ildə mənzilində qətlə yetirilmiş Yuri Kravçenko tanınıb.
16 il ərzində G. Qonqadzenin nəşi Kiyev mərkəzi morqunda saxlanıb.

Həmçinin oxuyun

Jurnalistləri noqdauna salan gənc, xanım direktor…

Təhsildə vəziyyət bərbaddır. Bunun əksini kimsə sübut edə bilməz. Xüsusilə də paytaxt məktəbləri direktorlar üçün …

Bir cavab yazın