Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Köşə Yazarları / Əfsanəvi xəbər aparıcısı qocalar evində vəfat etdi

Əfsanəvi xəbər aparıcısı qocalar evində vəfat etdi

TRT-nin unudulmaz xəbər aparıcısı Mesut Mertcan yaşadığı Adana Qocalar Evində 71 yaşında dünyasını dəyişib.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən aparıcı əlil arabasına məhkum olmuşdu.

Mesut Mertcan aparıcılıq karyerasına başlamazdan əvvəl “Türkiyənin harasında olursa-olsun aparıcılıq etmək istəyirəm”, – deyə TRT-yə məktub yazaraq müraciət edib və 1973-ci ildə Ərzurumda işə başlayıb.

O, Ankarada Qazi Universitetinin ingilis dili bölməsində təhsil almasına baxmayaraq, ali məktəbi yarımçıq tərk edib. İllərlə “TRT 1” televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərib.

1987-ci ildə Türkiyədə keçirilən seçkilərdə millət vəkilliyinə namizədliyini irəli sürüb. Millət vəkili seçilə bilmədikdən sonra “Star”, “Kanal 6”, “Kanal 9”, “Milli Kanal” kimi televiziya kanallarında aparıclıq edib.

4 dəfə evli olan aparıcı sonuncu həyat yoldaşından 2012-ci ildə ayrılıb və iki övladı var. 2014-cü ildən bəri qocalar evində yaşayırdı.

Həmçinin oxuyun

Sizin “ədalətinizə” tüpürüm!

Doğulub boya-başa çatdığım kənd oktyabrın 19-da rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olundu. İndi bizim ellərdə …

Bir cavab yazın