Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun KİV rəhbərləri ilə görüşündə Facebookda yaradılan “Ümummilli paz” səhifəsindən şikayətlənmişdi.
O bildirmişdi ki, sosial şəbəkədə “Ümummilli paz” adlı profil açılıb, orada Vahid Mustafayevi, onu, Arif Alışanovu, Bəxtiyar Sadıxovu və digərlərini ittiham edirlər ki, guya hakimiyyət onları ömürlük icarəyə götürüb:
“Azərbaycan “Facebook” və digər sosial şəbəkələrin rəhbərləri ilə danışıqlar aparmalı, belə profillər bağlanmalıdır. Bağlanmasa, Azərbaycanda “Facebook” bağlanmalıdır. İnsanların ailələri, qohumları var, belə məqamlara yol vermək olmaz”.
Azvision saytı isə həmin səhifə ilə bağlı araşdırma aparıb. Məlum olub ki, səhifənin adminləri “Movlan Aliyev” və “Ali Efandi” adlı istifadəçilərdir.